AZƏRBAYCAN » HADİSƏLƏR
21 Dekabr 2019, 15:51 (GMT +4)

Moskvaya uçan təyyarə Bakıya təcili eniş edib 

Bakı, 21 dekabr, SalamNews. Hindistanın Qoa ştatından Moskvaya gedən Rusiyaya məxsus "Azur Air" aviaşirkətinin sərnişin təyyarəsi  Bakı şəhərindəki Heydər Əliyev adına hava limanına təcili eniş edib.

SalamNews xəbər verir ki, bu barədə RİA Novosti-yə hava limanının nümayəndələri məlumat verib.

"Region Online" nəşrinin verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

İlkin məlumata görə, enişə səbəb təyyarənin bir neçə generatorunda problemin yaranması olub.  

Hazırda sərnişinlər tranzit zonada yerləşir.