AZƏRBAYCAN » CƏMİYYƏT
20 Dekabr 2019, 12:09 (GMT +4)

Bazar ertəsi “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür

Bakı, 20 dekabr, SalamNews.Dekabrın 23-də Azərbaycan Respublikasının bələdiyyə seçkiləri ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə SalamNews-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.

Müvafiq tarixdə “ASAN Xidmət” mərkəzlərində yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti üzrə vətəndaşlara hazır sənədlərin təhvil verilməsi həyata keçiriləcək.