AZƏRBAYCAN » İQTİSADİYYAT
17 Dekabr 2019, 15:34 (GMT +4)

“Azəriqaz” 11 ayda 340 binanı təbii qazla təmin edib

Bakı, 17 dekabr, SalamNews.Bu il dekabr ayının 1-nə olan məlumata görə, 340 yaşayış binası üzrə 22 094 mənzil təbii qazla təmin edilib.

Bu barədə SalamNews-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, noyabr ayında isə 80 yaşayış binası üzrə 4 990 mənzil təbii qazla təmin olunub.