RUSİYA » HADİSƏLƏR
13 Dekabr 2019, 16:40 (GMT +4)

Moskvada parça anbarında güclü yanğın başlayıb, xəsarət alanlar var

Bakı, 13 dekabr, SalamNews. Moskvanın cənubundakı Varşava şossesində yerləşən parça anbarında güclü yanğın başlayıb, xəsarət alanlar var. SalamNews "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yanğının söndürülməsi üçün aviasiya cəlb edilib.

"Yanğına gücünə görə üçüncü dərəcə verilib", qurumun mətbuat xidmətinin məlumatında deyilir.

Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, yanğın bölgəsinə Moskva Aviasiya Mərkəzinin iki helikopteri də cəlb edilib.

Qeyd edilir ki, yanğının söndürülməsi zamanı bir nəfər - yanğınsöndürən yaralanıb.