DÜNYA » SİYASƏT
13 Dekabr 2019, 09:21 (GMT +4)

ABŞ Senatının 1915-ci il hadisələri ilə bağlı qətnaməsi siyasi şoudur -Çavuşoğlu

Bakı, 13 dekabr, SalamNews. Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu ABŞ Senatının 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan qətnamə layihəsini qəbul etməsinin "siyasi şou" adlandırıb.

“Senatın qətnaməsi siyasi şoudan başqa bir şey deyil. Bunun heç bir hüquqi qüvvəsi yoxdur", - deyə diplomat "Twitter"də yazıb.

SalamNews xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, ABŞ Senatı tərəfindən bu qətnamənin qəbul edilməsinin təşəbbüskarları "tarixi siyasi məqsədlər üçün manipulyasiya edən və həqiqətlə üzləşməkdən çəkinən "qorxaqlardır". 

Qeyd edək ki, ABŞ Senatı 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan qətnamə layihəsini qəbul edib.

Layihə Demokratik Nyu Cersi senatoru Bob Menendez və Respublikaçı Texas senatoru Ted Kruz tərəfindən təqdim edilib. 

Qətnamə imzalanması üçün ABŞ Prezidenti Donald Trampa göndərilib. 

Senatın qətnamələrinin qanuni qüvvəsi yoxdur və  tövsiyə xarakterlidir. Bu yolla ABŞ Konqresinin yuxarı palatasının üzvləri müəyyən bir məsələyə münasibət bildirirlər.