RUSİYA » SİYASƏT
11 Dekabr 2019, 14:41 (GMT +4)

Kreml Trampın Lavrovla görüşünə münasibət bildirib

Bakı, 11 dekabr, SalamNews. Amerika lideri Donald Trampın Rusiya xarici işlər naziri Sergey Lavrovu qəbul etməsi vacib məqamdır.

SalamNews RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Burada əlbəttə ki, rusiyalı nazirin ABŞ prezidenti tərəfindən qəbul edilməsi vacib məqamdır. Əlbəttə ki, hələ ki ikitərəfli münasibətlərimizdə hər hansı bir pozitiv addım barədə danışmaq olmaz", Kreml nümayəndəsi bildirib.

Peskovun vurğuladığı kimi, bu cür görüşlər vacibdir.

Dekabrın 10-da Vaşinqtona işgüzar səfərə gedən Lavrov Tramp və dövlət katibi Mayk Pompeo ilə danışıqlar aparıb.