DÜNYA » SİYASƏT
10 Dekabr 2019, 17:23 (GMT +4)

Lavrov Vaşinqtona işgüzar səfərə gedib

Bakı, 10 dekabr, SalamNews. Rusiya Xarici İşlər naziri Sergey Lavrov Vaşinqtona işgüzar səfərə gedib.

SalamNews TASS-a istinadən xəbər verir ki, Lavrovun ABŞ-a səfəri bir gündən az davam edəcək, lakin onun proqramı çoxşaxəlidir.

Lavrovun Vaşinqtonda ABŞ lideri Donald Tramp tərəfindən qəbul ediləcəyi, ABŞ dövlət katibi Maykl Pompeo ilə danışıqlar aparacağı və Amerikalı politoloqlarla görüşəcəyi gözlənilir.

Sonuncu dəfə Rusiya xarici işlər naziri 2017-ci ildə Amerika paytaxtına səfər etmişdi.