DÜNYA » SİYASƏT
10 Dekabr 2019, 16:51 (GMT +4)

Türkiyə Liviyaya qoşun göndərə bilər - Ərdoğan

Bakı, 10 dekabr, SalamNews. Türkiyə Liviyaya qoşun göndərə bilər. SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı Bilkent Universitetində İnsan Hüquqları Gününə həsr edilmiş konfransda açıqlayıb.
Ərdoğan, Türkiyə hərbi kontingentinin Liviyaya köçürülməsi ehtimalını şərh edib.

"Əgər Liviya hökuməti Ankaraya belə bir tələblə müraciət edərsə, lazımi sayda əsgər göndərəcəyik", Ərdoğan deyib.