DÜNYA » SİYASƏT
10 Dekabr 2019, 15:42 (GMT +4)

Keniyada milli parkdan qaçan aslan brakonyeri öldürüb

Bakı, 10 dekabr, SalamNewsKeniyanın paytaxtı Nayrobi Milli Parkından qaçan aslan şəhər sakininə hücum edərək brakonyeri öldürüb.

SalamNews Daily Mail-ə istinadən bildirir ki, Keniyanın Vəhşi Təbiəti Mühafizə Xidmətinin əməkdaşları heyvanın axtarışı ilə məşğuldurlar.

Park qismən elektrik hasarla hasarlansa da tamamilə bağlı deyil.

Bu, heyvanların yeni yerlərə köçməsinə imkan yaradır.

Xatırladaq ki, Cənubi Afrikadakı" Ingvalala" təbiət qoruğunda qanunsuz ov etmək cəhdi brakonyer üçün faciəli şəkildə sona çatıb. Mühafizəçilər 46 yaşlı kişinin parçalanmış cəsədini tapıblar.