AZƏRBAYCAN » İQTİSADİYYAT
10 Dekabr 2019, 15:37 (GMT +4)

 “Qala Sığorta” növbəti dəfə iri həcmli ödəniş həyata keçirib

Bakı, 10 dekabr, SalamNews. Azərbaycan sığorta bazarının aparıcı sığorta şirkəti olan “Qala Sığorta” ASC "səyahət sığortası" növü üzrə növbəti iri həcmli ödənişin məbləğini açıqlayıb.

Şirkətin İctimaiyyətlə Əlaqələr xidmətindən SalamNews-a verilən məlumata görə, “Qala Sığorta”dan “səyahət sığortası” növünü əldə etmiş müştərinin ABŞ-da səfərdə olarkən səhhətində problemi yaranıb və həkimlər tərəfindən müştəriyəböyrək sancısı diaqnozu qoyulub.

Müştərinin müalicə digər xərcləri (1210 AZN)“Qala Sığorta” tərəfindən qarşılanıb.

Xatırladaq ki, bazarda geniş çeşidli məhsulları ilə tanınan “Qala Sığorta” şirkəti 20 illik fəaliyyət tarixinə malikdir. Şirkət rebrendiq edərək 2015-ci ildən “Qala Sığorta” brendi altında yeni strategiya ilə fəaliyyətə başlayıb.Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.

Şirkət müştərilərinə baş ofis, 1 filial və 9 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 27 növü üzrə, o cümlədən 23 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.