DÜNYA » SİYASƏT
10 Dekabr 2019, 15:30 (GMT +4)

Husilər Səudiyyə Ərəbistanın daha bir PUA-sını vurduqlarını elan ediblər

Bakı, 10 dekabr, SalamNews, B.Samid. "Havadan müdafiə qüvvələri Səudiyyə Ərəbistanı koalisiyasının bir ədəd pilotsuz təyyarəsini vuraraq salıblar."

SalamNews əl-Məsira telekanalına istinadla xəbər verir ki, bu barədə mərkəzi qərargahları paytaxt Sənada yerləşən Yəmən Ordusunun (husilər) havadan müdafiə qüvvələri məlumat yayıb.

Bildirilib ki, havadan müdafiə qüvvələri Səda əyalətinin əl-Kəttaf bölgəsi səmasında kəşfiyyat uçuşu aparan bir PUA-nı vuraraq salıb.

Husilər ötən həftə ərzində isə 5 PUA vurduqlarını bəyan ediblər.

Bundan öncə "Ənsarullah" hərəkatının mənbələri bildiriblər ki, onlar yeni havadan müdafiə silahını ərsəyə gətiriblər və bu silah barədə gələcəkdə məlumat verəcəklər.