AZƏRBAYCAN » İQTİSADİYYAT
10 Dekabr 2019, 15:16 (GMT +4)

KOBİA Gənclər Fondu və "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi ilə əməkdaşlıq edəcək

Bakı, 10 dekabr, SalamNews.Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Gənclər Fondu və "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

SalamNews xəbər verir ki, memorandumu KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və İctimai Birliyin sədri Xalid İldırımzadə imzalayıblar.

Qeyd edək ki, imzalanma bu gün Bakıda keçirilən Gənc Sahibkarların I Forumu çərçisində baş tutub.