AZƏRBAYCAN » SİYASƏT
09 Dekabr 2019, 17:35 (GMT +4)

Fransa ATƏT Minsk Qrupundakı roluna sadiqdir - səfir

Bakı, 9 dekabr, SalamNewsDağlıq Qarabağ münaqişəsinin qurbanları arasında azərbaycanlı qadınlar da var.

SalamNews -un məlumatına görə, bunu Fransa səfiri Zakari Qross, gender əsaslı zorakılığa qarşı mübarizə mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

“Biz anlayırıq ki, bu münaqişədə insanlar əzablarla, dərdlərlə üzləşdilər. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun qeyd etdiyi kimi, sülhə addım-addım yaxınlaşmaq lazımdır, danışıqlarda irəliləyişə nail olmaq vacibdir. Fransa ATƏT Minsk Qrupundakı roluna sadiqdir. Münaqişənin sülh yolu ilə həlli üçün tərəflər danışıqlar aparır və Azərbaycan bu danışıqların davam etdirilməsində maraqlıdır. Danışıqların davam etməsi məni rahatlaşdırır", səfir deyib.