DÜNYA » SİYASƏT
07 Dekabr 2019, 16:44 (GMT +4)

Kərbəla əyaləti 4 gün ərzində zəvvarları qarşılaya bilməyəcək

Bakı, 7 dekabr, SalamNews, B.Samid. İraqın mərkəzi və cənub şəhərlərində etirazlar və toqqumşmalar fonunda Kərbəla əyalətinin giriş və çıxışları təhlükəsizlik və yerli qəbilə qüvvələri tərəfindən bağlanılıb.

SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, Kərbəla əyalətinin müxtəlif qəbilələrinin üzvləri Kərbəla şəhərinin girəcək və çıxacaqlarını bağlayaraq, şəhərə 4-5 gün ərzində zəvvarların buraxılmayacağını bildiriblər.

Kərbəla əyalətinin qəbilələri bu addımı müvəqqəti olaraq təhlükəsizliyə görə atdıqlarını bəyan ediblər.

Qeyd edək ki, İraqda etirazlar, iğtişaşlar və toqquşmalar fonunda Ayətullah Sistani aksiyaçılardan tələb edib ki, təxribatçıları öz sıralarından ayırsınlar. Bundan sonra Nəcəf, Kərbəla və Bağdadda iğtişaşları pisləyən əks etirazlar başlayıb və iki müqəddəs şəhərdə qəbilə qüvvələri də təhlükəsizlik qüvvələrilə birgə patrula çıxıblar.