DÜNYA » CƏMİYYƏT
07 Dekabr 2019, 17:02 (GMT +4)

İtalyanın "Roberto Cavalli" moda evini BƏƏ milyarderi alıb

Bakı, 7 dekabr, SalamNews. BƏƏ milyarderi Hüseyn Sajvani İtalyannın moda evi "Roberto Cavalli"ni alıb. SalamNews xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Saziş noyabrın 28-də "Sajwani Vision Investments" investisiya şirkəti vasitəsilə bağlanıb. Onun dəyəri açıqlanmır.

"Vision Investments"in "Roberto Cavalli"ni satın alması faktı iyul ayında məlum olub. "The Wall Street Journal" sazişin dəyərinini 160 milyon avro olduğunu yazır.

"Roberto Cavalli" əvvəllər İtalyanın investisiya şirkəti "Clessidra"ya məxsus olub.