DÜNYA » SİYASƏT
07 Dekabr 2019, 16:45 (GMT +4)

Nəqliyyat işçilərinin tətili Fransada nəqliyyatın hərəkətini iflic edib

Bakı, 7 dekabr, SalamNews. Fransada ardıcıl olaraq üç gündür ictimai nəqliyyat işçilərinin tətili davam edir. "France Info" radiostansiyasının məlumatına görə, kütləvi aksiya Parisdə və respublikanın digər şəhərlərində nəqliyyatın hərəkətini iflic edib.

SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, ən problemli vəziyyət Paris metrosunda müşahidə edilir.

Yalnız elektron sistem tərəfindən idarə olunan və sürücülərsiz işləyən  iki xətt normal fəaliyyət göstərir. Təxminən on xətt üzrə hərəkət tamamilə dayandırılıb.

Şənbə günü yüksək sürətli "TGV" sürət qatarlarının yalnız 15 faizi, şəhərlərarası qatarların isə  5-10 faizi hərəkət edəcək.