DÜNYA » SİYASƏT
07 Dekabr 2019, 15:50 (GMT +4)

Yunanıstanda iğtişaşlara görə 80-ə yaxın insan saxlanılıb 

Bakı, 7 dekabr, SalamNews. Yunanıstan polisi, 2008-ci ildə qətlə yetirilmiş yeniyetmə Aleksis Qriqoropoulosun xatirəsinə müxtəlif şəhərlərdə keçirilən aksiya və yürüşlər zamanı iğtişaşlarda iştirak edən 77 nəfərin saxlanıldığını açıqlayıb.

SalamNews -un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, polis ixtişaşlar zamanı 3 polis əməkdaşının yaralandığını da xəbər verir.

On beş yaşlı Qriqoropoulos 2008-ci il dekabrın 6-da Eksarxiya bölgəsində polislə gənclər arasında baş vermiş qarşıdurmada naməlum şəraitdə öldürülmüşdür. Onun ölümü ölkə daxilində iki həftəlik etirazlara və qarşıdurmalara səbəb olmuşdu. Afinada yüzlərlə mağaza dağıdılmış və məhv edilmişdi.

Hər il yeniyetmənin ölüm günündə ölkədə iğtişaşlar baş verir.