DÜNYA » SİYASƏT
07 Dekabr 2019, 15:12 (GMT +4)

Türkiyədən deportasiya edilən İŞİD terrorçusu Kanadada həbs edilib

Bakı, 7 dekabr, SalamNews. Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən antiterror əməliyyatı zamanı tutulan və Türkiyədən deportasiya edilən İŞİD terrorçusu İkar Mao Kanadada həbs edilib. SalamNews-un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bunu Kanada Kral Polisinin nümayəndəsi Maykl Lasanj açıqlayıb.

Onun sözlərinə görə, 22 yaşlı İkar Mao "terror təşkilatına qoşulmaq və terror fəaliyyəti ilə bağlı Kanadanı tərk etmək" ittihamı üzrə təqsirli bilinib. 

Lasanj bildirib ki, polisin məqsədi ən yüksək səviyyədə ictimai təhlükəsizliyi təmin etməkdir.