DÜNYA » SİYASƏT
07 Dekabr 2019, 14:41 (GMT +4)

Vicdanı olmayan birinə Nobel Mükafatı verilə bilməz - İbrahim Kalın

Bakı, 7 dekabr, SalamNews. Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın, Srebrenitsadakı soyqırımını rədd edən və Serbiya müharibə cinayətkarlarını dəstəkləyən Avstriya yazıçısı Peter Handkeyə Ədəbiyyat üzrə Nobel Mükafatı verilməsi qərarının ləğv edilməsini istəyib.

SalamNews xəbər verir ki, bu barədə Kalın Twitter-də yazıb.

9 dekabr 2019-cu ildə Nobel Ədəbiyyat Mükafatı, keçmiş Serb lideri Slobodan Miloseviçi dəstəkləyən və Srebrenitzadakı soyqırımını inkar edən Peter Handkaya veriləcək.

"Bu əsassız və utancverici qərarı ləğv etmək lazımdır. Nobel mükafatı vicdanı olmayanlara verilə bilməz. Yoxsa bu yeni bir soyqırımı təşviq etmək üçün edilir?", Kalın yazıb.