DÜNYA » SİYASƏT
07 Dekabr 2019, 13:41 (GMT +4)

Pakistan İran-Səudiyyə gərginliyinin azaldılması üçün səylərini davam etdirəcəyini bildirib

Bakı, 7 dekabr, SalamNews, B.Samid. Pakistan bundan öncəki kimi İranla Səudiyyə Ərəbistanı arasında gərginliyin azaldılması və aradan qaldırılması məqsədilə səylərini davam etdirəcək.

SalamNews Mehr agentliyinə istinadla xəbər verir ki, bunu Pakistanın Xarici İşlər Nazirliyinin mətbuat kaibi Məhəmməd Feysəl mətbuat konfransı zamanı deyib.

Pakistan XİN rəsmisi bildirib ki, ölkəsinin körfəzdə gərginliyin azaldılması istiqamətindəki addımları müsbət nəticə verib və bu səylər davam etdiriləcək.

Qeyd edək ki, Pakistan baş naziri İmran Xan oktyabr ayında İrana və Səudiyyə Ərəbistanına səfər edərək, tərəflərin mesajlarını qarşı tərəfə çatdırmışdı.