DÜNYA » SİYASƏT
07 Dekabr 2019, 13:34 (GMT +4)

Ərdoğan Moskvadakı Qələbə Paradına dəvət edilib

Bakı, 7 dekabr, SalamNews. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 9 may 2020-ci ildə Moskvada Böyük Vətən Müharibəsi Qələbəsinin 75 illiyi münasibəti ilə keçiriləcək tədbirə dəvət edilib.

SalamNews -un "İzvestiya"ya istinadla verdiyi xəbərə görə, Rusiyanın Ankaradakı səfirliyi dəvətin çatdırıldığını təsdiqləsə də, Türkiyə tərəfindən hələ ki, razılıq alınmayıb. Türkiyə prezident administrasiyası Ərdoğanın 2020-ci ilin mayında Moskvaya gəlmək planlarını hələ təsdiqləməyib.

Qəzet qeyd edir ki, Qırmızı Meydanda keçirilən qələbə paradlarında hələ ki heç bir Türkiyə lideri iştirak etməyib. 

Türkiyə II Dünya Müharibəsində rəsmi şəkildə iştirak etmədiyi üçün Qələbə Gününü qeyd etmir.