DÜNYA » SİYASƏT
07 Dekabr 2019, 12:26 (GMT +4)

Mərakeş kralı ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdən imtina edib

Bakı, 7 dekabr, SalamNews, B.Samid. Mərakeş kralı Altıncı Məhəmməd ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşməkdən imtina edib.

SalamNews Əlcəzirəyə istinadla xəbər verir ki, ABŞ dövlət katibi ötən gün Mərakeşə səfəri çərçivəsində bu ölkənin baş naziri ilə görüşməklə kifayətlənib.

Məlumata görə Pompeonun Mərakeş kralı ilə görüşü ləğv edilib.

İsrail mətbuatı bildirib ki, Altıncı Məhəmməd Mayk Pompeonun İsraillə Mərakeişin əlaqələrini normallaşdırmaq və kralla Benyamin Netanyahu arasında görüşün təşkil edilməsinə can atdığını bilib və məhz buna görə görüşü ləğv edib.

ABŞ dövlət katibi ötən həftə ərəb dövlətlərindən istəyib ki, İsraillə əlaqələri normallaşdırsınlar. Hazırda ərəb dövlətləri arasında İsraillə diplomatik əlaqələri olan yalnız Misir və İordanıyadır.