DÜNYA » HADİSƏLƏR
07 Dekabr 2019, 12:40 (GMT +4)

Floridada ABŞ HHQ aviabazasındakı hadisə ilə bağlı Səudiyyə Ərəbistanının altı vətəndaşı saxlanılıb

Bakı, 7 dekabr, SalamNews.  Florida ştatının Pensakola şəhərindəki ABŞ Hərbi Dəniz Qüvvələrinin aviabazasında Səudiyyə Ərəbistanının altı vətəndaşı saxlanılıb, onlar üç hərbçinin ölümü və ondan çox insanın yaralanması ilə nəticələnən hadisə ilə bağlı dindirilir.

Bu barədə "Fox News" yüksək rütbəli hərbçiyə istinadən xəbər verir.

SalamNews -un RT-yə istinadla verdiyi xəbərə görə, ABŞ-ın Florida ştatının qubernatoru Ron Desantis atışma təşkil edən şəxsin ABŞ hava bazasında təlim keçmiş Səudiyyə Ərəbistanı vətəndaşı olduğunu təsdiqləyib.