DÜNYA » SİYASƏT
06 Dekabr 2019, 09:43 (GMT +4)

KİV: Ağ Ev Senatda 1915-ci il hadisələri ilə bağlı qətnaməni bloka salıb

Bakı, 6 dekabr, SalamNews. ABŞ-ın Respublikaçı senatoru Kevin Kramer Ağ Evin tələbi ilə qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməni Senatın səs verməsində bloka qoyub. 
Bu barədə "Axios" xəbər saytı vəziyyətlə tanış olan mənbəyə istinadən xəbər verir.

“Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp, Londonda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşlər keçirdi. İnanıram ki, bu qətnaməni qəbul etmək üçün uyğun vaxt deyil. Bu qətnamə Tramp administrasiyasının diplomatik səyləri üçün zərərlidir", siyasətçi Senatdakı çıxışında bildirib.

SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bundan əvvəl Respublikaçılar partiyasının senatorları Lindsey Qraham və Devid Purdu da qətnaməyə dair səsvermə keçirilməsinə mane olub.