AZƏRBAYCAN » SİYASƏT
05 Dekabr 2019, 14:13 (GMT +4)

ATƏT sədri: Dağlıq Qarabağda sülhə nail olmaq üçün konkret addımları dəstəkləməyə hazırıq

Bakı, 5 dekabr, SalamNewsATƏT Dağlıq Qarabağda sülhə nail olmaq üçün konkret addımları dəstəkləməyə hazırdır.

SalamNews -un məlumatına görə, bunu Bratislavada keçirilən ATƏT Nazirlər Şurasında çıxışı zamanı ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Laiçak bildirib.

"Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi riski qalmaqdadır", - deyə M. Layçak bildirib.

Bundan əlavə o qeyd edib ki, Gürcüstan vətəndaşları daim hüquqlarının pozulması ilə üzləşirlər. Onun sözlərinə görə, Dnestryanı regionda illər ərzində əldə olunan irəliləyişlər itirilə bilər.

"Böhran və münaqişələrin həlli üçün sehrli bir düsturum yoxdur. Biz sülhə nail olmaq üçün konkret addımları dəstəkləməyə hazırıq", - ATƏT-in fəaliyyətdə olan sədri əlavə edib.