DÜNYA » SİYASƏT
26 Noyabr 2019, 12:54 (GMT +4)

Çinli Trampın əmlakına girdiyinə görə 8 ay həbs cəzasına məhkum edilib

Bakı, 26 noyabr, SalamNews. Florida məhkəməsi prezident Donald Trampın əmlakına qanunsuz girdiyinə görə Çin vətəndaşı Çjan Yuisini 8 ay həbs cəzasına məhkum edib.

SalamNews TASS-a istinadən xəbər verir ki, söhbət Mar-a-Laqo əmlakından gedir.

Məhkəmə onun ABŞ Gizli Xidmətinin əməkdaşlarına yalan məlumat verməkdə təqsirli bilib.

Məlumata əsasən, mart ayının 30-da Yuisin mühafizəçiləri qapalı klub üzvlərindən birinin qohumu olduğuna inandıraraq Mar-a-Laqonun ərazisinə girə bilib.