DÜNYA » SİYASƏT
21 Noyabr 2019, 14:38 (GMT +4)

Lavrov Pompeonun Fələstin-İsrail nizamlanmasına dair açıqlamalarını pisləyib

Bakı, 21 noyabr, SalamNews. ABŞ dövlət katibi Mayk Pompeonun İsrail yaşayış məntəqələri ilə bağlı açıqlamaları bütün mövcud qərarlara ziddir və vəziyyəti tıxaca salır. 

SalamNews -un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov açıqlayıb.

"ABŞ Dövlət Katibinin, Vaşinqtonun İsrailin İordan çayının qərb sahillərindəki məskunlaşmaları qanuni hesab etməsi ilə bağlı açıqlaması dünyanın bütün ölkələrinin imzaladığı mövcud qərarlara ziddir", Lavrov Malayziyanın xarici işlər naziri ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

O, Moskvanın Fələstin-İsrail tənzimlənməsi ilə bağlı mövcud razılaşmalara tam və qeyd-şərtsiz hörmət etməyin tərəfdarı olduğunu vurğulayıb.