DÜNYA » SİYASƏT
20 Noyabr 2019, 12:42 (GMT +4)

Stoltenberq NATO-ya ziyan vurmadan Rusiya ilə münasibətləri yaxşılaşdırmağın tərəfdarıdır

Bakı, 20 noyabr, SalamNews. NATO Rusiya ilə münasibətləri yaxşılaşdırmaq üçün səy göstərməlidir, amma bu prinsiplər və təhlükəsizlik hesabına olmamalıdır. SalamNews "RT"yə istinadən xəbər verir ki, bunu alyansın baş katibi Jens Stoltenberq El Pais-ə müsahibəsində bildirib.

“Mən qətiyyətlə inanıram ki, Moskva ilə münasibətləri yaxşılaşdırmağa çalışmalıyıq. Ancaq prinsiplərimizi və təhlükəsizliyimizi qurban verə bilmərik", o deyib.

Onun sözlərinə görə, ittifaqın "cəsarət, müdafiə və dialoqa" ehtiyacı var və bunda heç bir ziddiyyət yoxdur.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın NATO ilə normal dialoq aparmaq istədiyini deyib.