DÜNYA » SİYASƏT
20 Noyabr 2019, 12:14 (GMT +4)

Tehran polisi həbs edilən iğtişaşçıların görüntülərini yayımlayıb (VİDEO)

Bakı, 20 noyabr, SalamNews, B.Samid. Tehran polisi son günlərin həbs edilən iğtişaşçılarından bir qisminin görüntülərini yayımlayıb.

SalamNews bu barədə İranın dövlət telekanalına istinadla xəbər verir.

Bildirilib ki, Tehran polisi paytaxt və ətrafında iştişaşçıların liderlərini həbs edib. Tehran polisi əlavə edib ki, iğtişaşçıların həbsi üçün əməliyyatlar davam edir.

FarsNews-un məlumatına görə son iğtişaşlar zamanı ölkədə azı 80 silsilə supermarket qarət edilib və daha sonra onlar 50-100 faizlik dağıntıya və yanğına məruz qalıb.

Qarətlər və iğtişaşlar əsasən Tehranın ətrafındakı rayon və qəsəbələrdə və İsfahanda olub.