DÜNYA » SİYASƏT
08 Noyabr 2019, 16:43 (GMT +4)

Suriya müxalifəti ölkənin rəsmi adındakı ərəb sözünün ləğvini tələb edib

Bakı, 8 noyabr, SalamNews, B.Samid. Suriyanın gələcək konstitusiyasını yazan komitədə yer alan müxalifət nümayəndələri ölkənin adındakı ərəb sözünün ləğvini tələb ediblər.

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bu barədə konstitusiya komitəsində yer alan mənbələr məlumat verib.

Bildirilib ki, konstitusiya komitəsinin tərkibindəki müxalifəti təmsil edən nümayəndə heyəti "Suriya Ərəb Respublikası" sözündəki ərəb ifadəsinin ləğvini tələb ediblər.

Bu arada Suriya hökumətinə yaxın mənbələr bildirib ki, prezident Bəşər Əsəd konstitusiyada yer alan bir neçə qanun və bəndlə bağlı etirazıı bildirib.

Qeyd edək ki, cari həftədə Cenevrədə Suriyanın gələcək konstitusiyasını yazacaq nümayəndə heyətinin müzakirələri başlayıb.