DÜNYA » SİYASƏT
08 Noyabr 2019, 16:55 (GMT +4)

Boliviyada etirazçılar şəhər merinə hücum ediblər

Bakı, 8 noyabr, SalamNews. Boliviyada, hökumət əleyhinə nümayişlər zamanı etirazçılar Vinto şəhərinin merinə hücum ediblər.

SalamNews bu barədə "Rusiya 24"ə istinadən xəbər verir.

Məlumata görə, qadının üzərinə qırmızı boya tökülüb, saçları kəsilib.

Bundan əlavə, etirazçılar meriya binasını yandırmağa cəhd edib.

Hücum nümayişçilər arasında hökumət tərəfdarı fəallarla qarşıdurma zamanı üç nümayişçinin öldüyünə dair şayiələr yayıldıqdan sonra baş verib.

Etirazçılar şəhər meriyasına girərək "Qatil!" şüarları ilə qadına hücum edib.

Onlar meri istefa məktubunu imzalamağa məcbur ediblər, sonra isə binanı yandırıblar.

Mer xəstəxanaya yerləşdirilib.