DÜNYA » SİYASƏT
08 Noyabr 2019, 15:44 (GMT +4)

XİN: Türkiyə yunanların türklərə qarşı vəhşiliklərini unutmadı

Bakı, 8 noyabr, SalamNews. Türkiyə Yunanıstanın türklərə və Osmanlı dövlətinin digər vətəndaşlarına qarşı etdiyi vəhşilikləri unutmayıb. SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy Yunanıstan Prezidenti Prokopis Pavlopoulosun Ermənistana səfəri zamanı 1915-ci il hadisələri ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Diplomat, Yunanıstanın Osmanlı dövləti dövründə və müstəqillik qazandıqdan sonra bölgədəki türkləri və müsəlmanları sistematik şəkildə qətl etdiyini xatırladıb. 

Onun sözlərinə görə, Yunanıstan  düşmən dairələrin Türkiyəyə  qarşı mövqeyini dəstəkləməkdə davam edir.

"Yunanıstanın türklərə və Osmanlı dövlətinin digər vətəndaşlarına qarşı etdiyi vəhşilikləri heç unutmadıq", o deyib.