DÜNYA » SİYASƏT
08 Noyabr 2019, 13:54 (GMT +4)

ABŞ Dövlət Departamenti Əl Qaidə liderlərinin tutulmasına kömək üçün 10 milyon dollar mükafat təyin edib

Bakı, 8 noyabr, SalamNews. ABŞ Dövlət Departamenti, Ərəbistan yarımadasında Əl-Qaidə qrupunun iki liderinin yaxalanmasına kömək edəcək məlumatlara görə 10 milyon dollara qədər mükafat təyin edib.

SalamNews bu barədə TASS-a istinadən xəbər verir.

"Dövlət Departamentinin "Rewards for Justice" proqramı çərçivəsində Səəd bin Atıf əl-Aulakinin tapılmasına kömək üçün 6 milyon dollara qədər və Əhməd Mahmud al-Kosinin tapılmasına kömək üçün 4 milyon dollara qədər mükafat  təklif edir", məlumatda deyilir.