AZƏRBAYCAN » İQTİSADİYYAT
08 Noyabr 2019, 15:21 (GMT +4)

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri üçün treninq keçirilib

Bakı, 8 noyabr, SalamNews.Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə assosiasiyaya üzv şirkətlər üçün “Korporativ idarəetmə və onun şirkətin səmərəli fəaliyyətində rolu” mövzusunda treninq keçirilib.

SalamNews KOBİA-ya istinadən xəbər verir ki, KOBİA-nın və Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələri sahibkarları korporativ idarəetmənin üstünlükləri, o cümlədən şəffaflıq və hesabatlılıq, informasiyanın açıqlanması, kapital bazarlarına çıxış imkanlarının genişləndirilməsi, korporativ maliyyənin idarə olunması, bu istiqamətlərdə beynəlxalq təcrübə barədə məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası KOBİA yanında İctimai Şurada təmsil olunan 15 ictimai təşkilatdan biridir. Agentlik ölkəmizdə fəaliyyət göstərən biznes assosiasiyaların gücləndirilməsi, yeni assosiasiyaların yaradılmasının təşviqi istiqamətində fəal işlər aparır, mütəmadi olaraq assosiasiyalarla birgə görüşlər və forumlar, müxtəlif assosiasiyalarda təmsil olunan şirkətlərin bilik və bacarıqlarının artırılması üçün təlim, seminar və digər tədbirlər təşkil edir.