DÜNYA » SİYASƏT
06 Noyabr 2019, 10:18 (GMT +4)

Türkiyənin əməliyyatı nəticəsində Şimali İraqda 5 PKK terrorçusu məhv edilib

Bakı, 6 noyabr, SalamNews. Türkiyə Hərbi Hava Qüvvələrinin Şimali İraqda keçirdiyi anti-terror əməliyyatı çərçivəsində pilotsuz aparatların Avaşin bölgəsində terrorçu dəstəsini vurması nəticəsində beş PKK terrorçusu zərərsizləşdirilib.

SalamNews-un "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə  Müdafiə Nazirliyinin "Twitter"dəki səhifəsində  məlumat verilir.

Bölgədə antiterror əməliyyatları davam edir.

Qeyd edək ki, PKK terrorçuları ilk dəfə 1984-cü ildə baş qaldırıblar.