AZƏRBAYCAN » İQTİSADİYYAT
04 Noyabr 2019, 12:58 (GMT +4)

AMB ötən ay valyuta ehtiyatlarını 100 milyon dollardan çox artırıb

Bakı, 4 noyabr, SalamNews.Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il noyabrın 1-nə 6 144,7 milyon ABŞ dolları təşkil edib.

SalamNews quruma istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 110,6 milyon dollar və yaxud 1,8% çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 519 milyon dollar və yaxud 9,2%, son 1 ildə isə 608,3 milyon dollar və yaxud 11% artıb.