DÜNYA » SİYASƏT
04 Noyabr 2019, 10:26 (GMT +4)

Kərbəlada naməlum şəxslər İran konsulluğuna girməyə cəhd ediblər (VİDEO)

Bakı, 4 noyabr, SalamNews, B.Samid. Ötən gecə Kərbəla şəhərində yerləşən İran konsulluğu naməlum şəxslər tərəfindən mühasirəyə alınıb.

SalamNews əl-Aləmə istinadla xəbər verir ki, ötən gecə Kərbəla şəhərində naməlum şəxslər İranın şəhərdəki konsulluğunu mühasirəyə alaraq, obyektin ərazisinə girməyə cəhd ediblər.

İraq polisi zamanında tədbirlər görərək, konsulluğa daxil olmaq istəyən şəxsləri uzaqlaşırıb.

Naməlum şəxslərin İraqda bir neçə dəfə məsuliyyətə cəlb edilmiş Surxi adlı "din alimi"nin tərəfdarlarının olduğu bildirilir.