DÜNYA » SİYASƏT
31 Oktyabr 2019, 14:55 (GMT +4)

Moskvada Lavrov və ATƏT baş katibinin görüşü keçirilir

Bakı, 31 oktyabr, SalamNews. Moskvada Rusiya Xarici İşlər Nazirliyinin binasında nazir Sergey Lavrov ilə ATƏT-in baş katibi Tomas Qreminger arasında görüş keçirilir.

SalamNewsRusiya KİV-lərinə istinadla xəbər verir ki, danışıqlar zamanı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının regional münaqişələrin həllində gördüyü işlərə  xüsusi diqqət yetiriləcəyi gözlənilir.

İclasda çıxış edən Lavrov bildirib ki, Rusiya ATƏT platformasının dialoq üçün istifadə olunmasının tərəfdarıdır.

Gələn həftə ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsinin Rusiyaya səfər edəcəyi gözlənilir.