AZƏRBAYCAN » CƏMİYYƏT
28 Oktyabr 2019, 17:56 (GMT +4)

ETSN-də Xorvatiyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

Bakı, 28 oktyabr, SalamNews. Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində Xorvatiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Branko Zebiç ilə görüş keçirilib. 

Nazirlikdən SalamNews-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Xorvatiya arasında ətraf mühit üzrə mövcud əməkdaşlıq münasibətləri və gələcək planlar müzakirə olunub.