DÜNYA » SİYASƏT
28 Oktyabr 2019, 11:23 (GMT +4)

İŞİD liderinin məhvi terrorla mübarizədə dönüş nöqtəsidir - Ərdoğan

Bakı, 28 oktyabr, SalamNews. İŞİD liderinin məhvi  terrorla birgə mübarizəmizdə ən vacib dönüş nöqtəsidir. SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadini zərərsizləşdirməsi üçün keçirilən əməliyyatı şərh edərkən Twitter-də yazıb.

"İŞİD, PKK / YPG və digər terror təşkilatlarına qarşı mübarizədə ən çox qurban verən Türkiyə bu hadisəni məmnuniyyətlə qarşıladı", Ərdoğan yazıb.

Ərdoğan, Ankaranın terrorla mübarizəyə töhfə verməyə davam edəcəyini vurğulayıb.