AZƏRBAYCAN » İQTİSADİYYAT
25 Oktyabr 2019, 17:26 (GMT +4)

ARDNF-in aktivlərinin 69,6 faizi istiqrazlar və pul bazarı alətləridir

Bakı, 25 oktyabr, SalamNews.Sentyabrın 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə 69,6 faizi istiqrazlar və pul bazarı alətləri, 13,4 faizi səhmlər, 5,6 faizi daşınmaz əmlak və 11,4 faizi (100,66 ton) isə qızıl təşkil edib.

SalamNews xəbər verir ki, bu barədə Neft Fondunun cari ilin ilk 9 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında deyilir.