DÜNYA » SİYASƏT
25 Oktyabr 2019, 09:45 (GMT +4)

Ərdoğan ABŞ-dan YPG liderinin təhvil verilməsini tələb edib

Bakı, 25 oktyabr, SalamNews. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın YPG-PKK terror təşkilatının başçısı Mazlum Kobani Abdini Ankaraya  təhvil verməli olduğunu açıqlayıb.

"Türkiyə ilə ABŞ arasında ekstradisiya müqaviləsi var. Kobani İnterpolun "qırmızı bülleteni" ilə axtarışdadır. ABŞ onu Türkiyəyə verməlidir. Ədliyyə nazirimizə Amerika tərəfinə müvafiq sorğu göndərməsini tapşırdım", Ərdoğan bildirib.

SalamNew-un "Anadolu"ya istinadla verdiyi xəbərə görə, YPG nümayəndələri ilə görüşən Almaniya, Fransa və ABŞ liderləri və siyasətçilərini tənqid edib.

Türkiyə Prezidenti ABŞ lideri Donald Tramp ilə münasibətlərinin yaxşı səviyyədə olduğunu qeyd edib.