DÜNYA » SİYASƏT
19 Oktyabr 2019, 10:53 (GMT +4)

Tramp və Ərdoğan Suriyanı müzakirə edib

Bakı, 19 oktyabr, SalamNews. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, amerikalı həmkarı Donald Trampla telefon danışığı keçirib. Telefon danışı zamanı Fəratın şərqində yaradılması planlaşdırılan təhlükəsizlik zonası barədə fikir mübadiləsi aparılıb.

SalamNews-un "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısı  "Twitter" səhifəsində məlumat verib.

"Tramp ilə telefon danışığı zamanı Türkiyə-Amerika əlaqələrini gücləndirmək üçün atdığımız qarşılıqlı addımlardan məmnun qaldığımı qeyd etdim", o yazıb.

Prezident Ərdoğan bölgədə sülh, rifah və sabitliyə nail olmaq üçün davamlı səylərin artacağına ümid etdiyini bildirib.

Eyni zamanda ABŞ prezidenti Donald Tramp da Twitter səhifəsində Ərdoğanla telefon danışığı barədə məlumat verib.