DÜNYA » SİYASƏT
16 Oktyabr 2019, 17:10 (GMT +4)

Avropa öhdəliklərini yerinə yetirə bilmir, İranın səbri tükənir - Cavad Zərif

Bakı, 16 oktyabr, SalamNews, B.Samid. "Avropa dövlətləri nüvə sazişində yer alan öhdəliklərini yerinə yetirə bilmirlər. Buna görə İranın səbri tükənir."

SalamNews  İRNA-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Cənubi Afrika Respublikası ilə İranın birgə komissiyasının toplantısında çıxışı zamanı deyib.

İranın xarici işlər naziri bu toplantıda çıxışı zamanı nüvə sazişindəki Avropa ölkələrinin götürdüyü öhdəliklərə toxunub və bildirib ki, bu dövlətlər öhdəliklərini yerinə yetirə bilmirlər.

İran XİN rəhbəri vurğulayıb ki, rəsmi Tehranın səbri tükənir.

Avropa dövlətlərinin öhdəliklərinin həyata keçirilmədiyini dilə gətirən Cavad Zərif vurğulayıb ki, "buna görə İran sazişdə yer alan 26 və 36-cı bəndlərə əsasən öhdəliklərini azalda bilər."

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani növbəti mərhələdə öhdəliklərin azaldılması fonunda ölkənin nüvə təsisatlarında inkişaf etmiş yeni sentrifuqa cihazlarının quraşdırılacağını bildirib.