DÜNYA » SİYASƏT
16 Oktyabr 2019, 14:57 (GMT +4)

Mülki vətəndaşların soyqırımını görmək istəyənlər Dağlıq Qarabağı xatırlasın - Ərdoğan

Bakı, 16 oktyabr, SalamNews. Mülki vətəndaşların soyqırımını görmək istəyənlər Dağlıq Qarabağdakı hadisələri xatırlasın. SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) fraksiya iclasında bəyan edib.

Türkiyə prezidenti "Barış Pınarı" əməliyyatında dinc suriyalıların öldürüldüyünə dair iddiaları rədd edib.

“Türkiyəni mülki şəxsləri öldürməkdə günahlandıran hər kəs kor, kar və vicdansız olmalıdır. Dinc əhalinin soyqırımın görmək istəyənlər Əfqanıstan, Arakan, Dağlıq Qarabağ və Kosovadakı hadisələrə baxsın. Dinc əhalinin öldürülməsinə baxmaq istəyənlər  Türkiyənin müdaxiləsindən əvvəl Kiprdəki vəziyyəti xatırlasın. Müsəlmanların küçələrdə qəsdən öldürüldüyü Fələstindəki vəziyyəti də təhlil edə bilərlər", o deyib.