AZƏRBAYCAN » İQTİSADİYYAT
14 Oktyabr 2019, 09:03 (GMT +4)

Mərkəzi Bank 150 milyon manat cəlb edir

Bakı, 14 oktyabr, SalamNews.Oktyabrın 14-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

SalamNews Mərkəzi Banka istinadla xəbər verir ki, hibrid hərracda 150 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. “Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,26-7,99 faiz təşkil edir.