AZƏRBAYCAN » İQTİSADİYYAT
11 Oktyabr 2019, 15:26 (GMT +4)

Qəbələyə dəmir yolu xətti ilə bağlı torpaq işləri bu ilin sonuna qədər yekunlaşacaq

Bakı, 11 oktyabr, SalamNews.“Qəbələ rayonuna dəmir yolu xəttinin çəkilişində müəyyən yubanmalar var”.

SalamNews xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

“Bəzi problemlər var idi, ölkə prezidentinə müraciət etdik və həll olundu. Yəqin ki, yaxın vaxtlarda Qəbələdə işlər daha da intensivləşəcək. Ümumilikdə 43-46 km-lik torpaq işləri bu ilin sonuna qədər yekunlaşacaq. Bundan sonra isə digər işləri görəcəyik", - deyə o, qeyd edib.