AZƏRBAYCAN » SİYASƏT
10 Oktyabr 2019, 17:04 (GMT +4)

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Bakı, 10 oktyabr, SalamNews. Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfərə gəlib.

SalamNews xəbər verir ki, Aşqabad beynəlxalq hava limanında Prezident İlham Əliyevi MDB İcraiyyə Komitəsinin sədri-icra katibi aparatının rəhbəri Sergey Burutin, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Esenmurad Orazgeldiyev və digər yüksək vəzifəli şəxslər qarşıladılar.