DÜNYA » İDMAN
10 Oktyabr 2019, 17:13 (GMT +4)

İranda son 40 ildə ilk dəfə olaraq qadınlar kişilərlə birgə futbol stadionuna buraxılıb

Bakı, 10 oktyabr, SalamNews, B.Samid. Son 40 ildə ilk dəfə olaraq İran hökuməti qadınların kişilərlə birgə futbol stadionuna buraxılmasına şərait yaradıb.

SalamNews  xəbər verir ki, bu gün Tehranda Qətər 2022 Mundialının Asiya üzrə oyunları çərçivəsində İranla Kambocanın görüşü baş tutacaq.

İlk dəfə olaraq qadınlar kişilərlə birgə futbol stadionuna buraxılıblar.

Məlumata görə Tehranın "Azadi" stadionunda 3500 qadın oyunu eyni stadiondan izləyə biləcəklər.

Stadionda qadınlar üçün xüsusi məkanlar nəzərdə tutulub. Qadınlar üçün nəzərdə tutulan bütün biletlər artıq satılıb.