DÜNYA » SİYASƏT
10 Oktyabr 2019, 16:39 (GMT +4)

Bir ərəb dövləti Türkiyənin Suriya əməliyyatını dəstəkləyib

Bakı, 10 oktyabr, SalamNews, B.Samid. Qətər Türkiyənin Suriyanın şimalında kürd bölmələrinə qarşı hərbi əməliyyatını dəstəklədiyini bəyan edib.

SalamNews Anadolu-ya istinadla xəbər verir ki, bu barədə Qətərin müdafiə naziri Xalid bin Məhəmməd əl-Ətiyyə türkiyəli həmkarı Hulusi Akarla telefon bağlantısında olarkən deyib.

Məlumata görə tərəflər telefon təması zamanı Türkiyənin “Barış pınarı” əməliyyatını müzakirə ediblər.

"Anadolu” iddia edib ki, Qətərin müdafiə naziri bu müzakirələr zamanı Türkiyənin hərbi əməliyyatını dəstəklədiyini deyib.

Qeyd edək ki, Ərərb Dövlətləri Liqası və ərəb dövlətləri ayrı-ayrılıqda Türkiyənin əməliyyatını pisləyiblər.

Qətər Türkiyənin əməliyyatını dəstəkləyən yeganə ərəb dövlətidir.

Xatırladaq ki, 2017-ci ildə Qətər Səudiyyə Ərəbistanı koamandası tərəfindən mühasirəyə alınan zaman Türkiyə rəsmi Dohanı dəstəkləmək üçün Qətərə hərbi qüvvələr ezam etmişdi.